İtaliya a Seriyasının 24-cü turunda çempionatın ilk pillələrində qarşılaşan komandaların görüşləri böyük maraq doğurub.

“Cuzeppe Meatsa” stadionunda “İnter” “Cenoa”nı qəbul edib. Qarşılaşmanın ilk dəqiqəsində meydan sahibləri hesabda irəli çıxıblar. 33-cü saniyədə Romelu Lukaku qapını dəqiq nişan alıb. Fasiləyə üstün yollanan Antonio Kontenin komandası ikinci hissədə də əzmkarlıq nümayiş etdirib. 69-cu dəqiqədə Matteo Darmian fərqi iki topa yüksəldib. Görüşdə son nöqtəni isə 77-ci dəqiqədə Aleksis Sançes qoyub: “İnter” – “Cenoa” 3:0. Maraqlıdır ki, görüşdə hər 3 qolu "Mançester Yunayted"in sabiq futbolçuları vurub.

“Roma” isə doğma meydanda “Milan”la üz-üzə gəlib. Hər iki tərəf təhlükəli hücumlarla yadda qalsa da, hesabı qonaqlar açıblar. 42-ci dəqiqədə təyin olunan penaltini Frenk Kessye dəqiq yerinə yetirib. Fasilədən sonra paytaxt futbolçuları hesabı bərabərləşdiriblər. Cordan Veretu diqqət mərkəzinə düşüb. Lakin meydan sahiblərinin sevinci cəmi 8 dəqiqə çəkib. Ante Rebiç fərqlənməklə komandasına qələbə qazandırıb: “Roma” – “Milan” 1:2. 24 turdan 56 xal toplayan “İnter” yarış cədvəlinin lideridir və ən yaxın rəqibi “Milan”ı 4 xal qabaqlayır. İlk üçlüyü 46 xalla “Yuventus” tamamlayır.